Rayonun pambıqçılıq təsərrüfatlarında aprelin 6-dan start götürmüş çiyid səpini kampaniyası müvəffəqiyyətlə həyata keçirilir. Bir çox təsərrüfatlarda səpin artıq başa çatdırılıb. Çiyid səpilmiş əkin sahələrində yaxşı bitiş əldə olunub. Pambıq bitkisinin normal inkişafı, cərgələr arasında torpağın yumşaldılması, havalanmanın və suvarmanın aparılması üçün tarlalarda kultivasiya işlərinə başlanılıb.
Aprelin 20-də Qaradolaq kəndində Etibar Şirinov və Pərviz Namazovun, Yeni Qaradolaq kəndində Tofiq İsmayılovun, eləcə də Mehrablı kəndində Əli Məmmədovun başçılıq etdikləri təssrüfatların əkin sahələrində də kultivasiya aparılıb. Kultivasiya işlərinin gedişi ilə maraqlanan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sözügedən təsərrüfatlarda olub. Rayon rəhbəri pambıq sahələrində alınan yaxşı bitişdən, kultivasiya tədbirlərindən razı qaldığını bildirərək, istehsalçılara, mütəxəssislərə və mexanizatorlara lazımi məsləhətlərini və tövsiyələrini verib.
Yəhya PAŞAZADƏ