Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağcabədi xidmət sahəsi tərəfindən rayonda 29 min 944 nəfər abonentə xidmət göstərir. Bunlardan 29 min 695 əhali, 249 –u qeyri- əhali kontingentini əhatə edir.
Hazırda rayon üzrə 2 min 566 abonent smartkart sisteminin imkanlarından istifadə edir. Yeri gəlmişkən bildirək ki, rayon üzrə smartkart sisteminə keçid 2013-cü ildən başlanılıb. Rayon üzrə qaz təminatı 2008-ci ildən həyata keçrilir. Qeyd edək ki, rayon üzrə əksər ərazilərdə qazlaşma işləri aparılıb. Lakin bəzi yerlərdə qaz çəkilişi həyata keçrilməyib. Adı çəkilən rayon xidmət sahəsi tərəfindən verilən məlumata görə rayonun Hacılar kəndində 262, Qaraxanlı kəndində 245, Poladlı kəndində 330, Sarıcalı kəndində 410, Taynaq kəndində isə 240 evə hələ ki, qaz xətti çəkilməyib.
Şahmalılar kəndi ərazisində 68 nəfərin evlərinə qaz çəkilişi yaxın vaxtlarda başa çatdırılacaq .
Bunlarla yanaşı bölgə ərazisində qaz istismar sahəsində təmir işləri görülür. Belə ki, ayrı-ayrı ərazilərdə istismar müddəti başa çatmış müxtəlif diametrli qaz xətləri yeniləri ilə əvəz olunur. Eyni zamanda vaxtı bitmiş sayğaclar da yenilənir. Bundan əlavə Ağcabədi xidmət sahəsi tərəfindən korreziyaya məruz qalmış yeraltı qaz xətləri yerüstü qaz xətləri ilə əvəz olunur. Qaz tənzimləyici şkaflar dəyişdirilir.