Salmanbəylidə Şəhidlərin xatirəsinə park salınır

         Salmanbəyli kəndində Xatirə Parkı inşa olunur. Sözügedən Park Vətən müharibəsi qəhrəmanı şəhid Samir Mikayıllının adını daşıyacaq. Xatirə Parkında əslən Salmanbəyli kəndindən olan Böyük Vətən Müharibəsində həlak olmuş Əlinağı Bünyadov, Birinci Qarabağ Müharibəsinin qəhrəmanları Əlfi Məmmədov, Xaləddin Quliyev və Vətən Müharibəsində igidlik göstərmiş cəsur döyüşçü Samir Mikayıllının xatirələri əbədiləşdiriləcək. Hazırda Xiyabanda tikinti-quraşdırma işləri həyata keçirilir. Xiyabanın ətrafı hasarlanıb, ərazisində geniş yaşıllaşdırma tədbirləri görülür.

Salmanbəyli Şəhidlər Xiyabanında qəhrəman döyüşçülərin abidələrinin ucaldılması nəzərdə tutulub.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər