Vətən müharibəsi göz önündə canlandıran səhifə

            Ulu öndərin layiqli varisi, zəmanənin ən müdrik və uzaqgörən siyasətçilərindən biri olan Azərbaycan Prezidenti İlham Əliyev apardığı milli, ardıcıl siyasəti ilə təkcə bölgədə yox, bütün dünyada nüfuz qazanmışdır. Prezidentimizin həyata keçirdiyi möhtəşəm tükənməz tədbirlər sayəsində Azərbaycan dünyada sayılıb-seçilir. Bunun nəticəsində bir çox aparıcı ölkələri artıq ölkəmizlə, onun lideri, İlham Əliyevlə hesablaşmalı olurlar. Çünki Prezidentimizin apardığı siyasət haqq, ədalət işi olmaqla bərabər, həmişə Azərbaycan xalqının şanlı tarixinə, milli dəyərlərinə söykənir. Prezident İlham Əliyev bir milyona yaxın məcburi köçkün soydaşlarımızın ev və işlə təmin olunmasında, eləcə də dövlət tərəfindən vaxtlı-vaxtında hər cür qayğı və diqqətlə əhatə olunmasında misilsiz xidmətlər göstərib. Bütün bunlarla bərabər dövlət başçısının rəhbərliyi alında ordunun inkişafında və ən müasir silahlarla təmin olunması sahəsində nəhəng işlər həyata keçirilib. Ötən ilin sentyabrının 27-də başlanan İkinci Qarabağ Müharibəsində öz təcəssümünü tapdı. 30 illik sülh danışıqlarının bir fayda vermədiyini görən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu və xalqı dəmir bir yumruq kimi birləşərək öz haqq sözünü döyüş meydanında dedi. Ordumuz 44 günlük müharibə zamanı nəyə qadir olduğunu əyani şəkildə göstərdi. Ali Baş Komandan İlham Əliyevin milli, uzaqgörən, siyasəti sayəsində xalqımız Böyük Qələbəyə imza atdı. Mənfur düşmən tapdağında inləyən torpaqlarımız, müqəddəs Qarabağımız işğaldan azad olundu. İndi torpaqlarımız azad nəfəs alır. Burada dinc quruculuq işləri həyata keçirilir.

            Prezident İlham Əliyevin Sərəncamı ilə əlaqədar olaraq Bakıda Hərbi Qənimətlər Parkının açılışı xalqımızın Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, tarixi hərbi zəfəri nümayiş etdirib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyıb. Parkda rəşadətli Silahlı Qüvvələrimizin İşğaldan azad olunmuş ərazilərdə ermənilərdən götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanından hazırlanan, üzərində “Qarabağ Azərbaycandır” şüarı əks olunan kompozisiya, eləcə də bir qisim hərbi texnikadan ibarət 300-dən çox eksponat sərgilənib.

            Təqdim edilən bu eksponatlar, Vətən Müharibəsinin gedişi barədə məlumatlar Azərbaycana qazandıran döyüşləri göz önündə bir daha  canlandırıb. Açılış zamanı möhtərəm Prezidentimiz İlham əliyevin tarixi çıxışında deyildiyi kimi, Hərbi Qənimətlər Parkının yaradılması sübut edib ki, Azərbaycan bütünlükdə regionda əsil söz sahibinə çevirilib. Bu gün hər birimiz bununla fəxr edir, qürur hissi keçiririk. 

            Yaşasın Azərbaycan xalqı!

            Eşq olsun Prezidentimiz İlham Əliyevə!

Rövşən Bayramov

Ağcabədi Pedaoji Kollecinin direktor müavini

Şərhlər