ƏHMƏD ELBRUS (1944-2006)

Əhmədov Elbrus Misir oğlu 1944-cü il avqustun 7-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. 1959-cu ildə Ağcabədi şəhər 5 nömrəli orta məktəbini bitirib. S. M. Kirov  adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Həmin il AEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olub. Fədainin “Bəxtiyarnamə” adlı əsəri əsasında dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adına layiq bilinib.

Əhməd Elbrus 1976-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. SSRİ və Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. 15 şeir kitabının, 4 monoqrafiyanın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi olan Əhməd Elbrus yüzlərlə kitabın redaktoru və tərtibçisi idi. Ömrünün sonuna qədər özünün qurucusu оlduğu ilk müstəqil “Qorqud” və eləcə də “Bəstəkar” nəşriyyattlarının təsisçisi və baş direktoru olub. O, Azərbaycanda ilk rəngli “Dədəm Qorqud” qəzetinin yaradıcısı və Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvi idi. “Riyazi poetika” və “İnam və idrak poetikası” adlı 970 səhifəlik kitabı dünyanın bir sıra ölkələrinin böyük alimləri tərəfindən riyazi poetikanın kəşfi kimi qiymətləndirilmişdir.

      Əsərləri:

  1. “İnsan əfsanəsi”. B., “Yazıçı”, 1982, 180s, 10 000 nüs.
  2. “Etibarım”. B., “Gənclik” 1971,38s, 5000 ns.
  3. “Günəş nəğmələri”. B., “Gənclik”, 1977, 104s, 5000 nüs.
  4. “Ölməzlik”. B., “Yazıçı”, 1992, 292s, 5000 nüs.
  5. “Ömür yolu”. B., “Yazıçı” 1979., 121s, 10 000 nüs.
  6. “Uçun, durnalar”. B., “Azərnəşr”, 1966, 32s, 5000 nüs.
  7. “Üçüncü addım”. “ Azərnəşr”, 1974, 89s, 5000 nüs.
  8. “İnam və idrak poetikası”. B., “Bəstəkar”, 2006, 970s, 10 000 nüs.

                Aranqazeti.az müəllifin bir şeirini sizlərə təqdim edir.

AĞCABƏDİ

Beşiyimi burda qoyub getmişəm

İlk eşqimi burda duyub getmişəm!

Mən şöhrətə, ada uyub getmişəm

Fəqət sənə qayıdacaq son anım!

İnsan oğlu ləyaqətlə sınanıb

Yaşamarıq,yaşatmasaq səadəti!

Ağcabədi! Ağcabədi!

Düşündükcə çox söz gəlir yadıma

Çox çatmısan sən ömrümün dadına

Bir əbədi ülfətim var adına,

Əgər sənə olmasaydı inamım,

Torpağına tapşırmazdım anamı!

Yaxşı saxla, yaxşı qoru əmanəti!

Ağcabədi! Ağcabədi!

Alqış sənin mərd oğuluna, qızına!

Mimətliyəm çörəyinə, duzuna!

Dastanını öz əlimlə yazanam!

Sən sabahkı ümidimin nur guşəsi!

Muğam, sənət, şeir guşəsi!

İlk yazımın ilhamçısı!

İlk nəğməmin nəqarəti!

Ağcabədi! Ağcabədi!

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər