19.6 C
Aghjabadi

Ağcabədidə əlilliyə görə pensiya alanların sayı artıb

Pensiyaçılar: Say nələri nişan verir?

İqtisadçı Rövşən Ağayev pensiyaçılarla bağlı statistikaya diqqət çəkib.

Ekspert yazır ki, 2011-2020-ci illərdə Azərbaycanda pensiyaçıların sayı 1,7% azalıb: “Amma bölgələr üzrə statistika çox fərqlidir. Abşeron rayonu üzrə 24%, Bakı şəhəri üzrə 11%, Naftalan şəhəri üzrə 7% artım qeydə alınıb, Qobustanda 19%, Ucarda 18%, Qusarda 16% azalma olub.

Pensiyaçıların sayındakı eniş yaşa görə pensiyaçıların sayında azalmadan doğur. 2011-2020-ci illərdə yaşa görə pensiyaçıların sayı ölkə üzrə 11% azalıb. Bakı üzrə 8%, Abşeron üzrə 7%-ə yaxın artım qeydə alınıb. Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Qusar, Quba, Yevlax, Ağdaş və Zərdab kimi rayonlar üzrə 20-32% intervalında azalma olub.

2011-ci ilin əvvəlinə kişilərin pensiya yaşı 61 il 6 ay, qadınların pensiya yaşı 57 il 6 ay idi.

Əlilliyə görə pensiya alanların sayı 2011-2020-ci illərdə ölkə üzrə 18% artıb. Bu statistikada demək olar bütün bölgələr üzrə artım var. Ən çox artım Ağsu (66%), Saatlı və Abşeron (44%), Zərdab (43%), Şirvan (38%), Göygöl (34%), Yardımlı (31%), Ağcabədi və Beyləqanın (26%) payına düşüb. Ən az artım Salyan (1,8%), Naxçıvan Muxtar Respublikası (2,2%), Quba və Neftçala (4%), Göyçay, Ucar və Balakən (5%), Lerik, Lənkəran və Bərdə (6-7%) İsmayıllı və Qobustanda (9%) olub.

Ailə başçısını itirməyə görə pensiya alanların sayında ölkə üzrə artım 6%-dır. Lakin Abşeron rayonu üzrə 65%, Göygöl və Kürdəmir üzrə 40%, Salyan və Cəlilabad üzrə 20-24% intervalında artım, Goranboyda 65%, Ağsuda 40%, Ucarda 25%, Balakəndə 20% azalma rəsmiləşib.

2020-ci ilin nəticələrinə görə, ölkə əhalisinin 12,7%-i pensiya alıb. Bu göstərici Mingəçevirdə 17,2%, Bakı şəhəri üzrə 16,3%, Sumqayıt, Naftalan, Gədəbəy və Daşkəsəndə 15-16% intervalında, Gəncə və Qazaxda 14%-ə yaxın, Xızıda 8,8%, Qubada və Hacıqabulda 9-9,5% intervalındadır, digər bölgələr üzrə 10-13% aralığında dəyişir.

2011-ci ildə bütün pensiyaçıların 26%-i Bakının payına düşürdü. Hazırda pensiyaçıların 29%-dən bir qədər çoxu Bakıda qeydə alınıb”.

Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi 2010-cu ilin əvvəlinə pensiyaçıların sayını 1 milyon 308,4 min nəfər göstərib.

2011-ci ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 292,2 min nəfərə, 2012-ci ilin əvvəlinə 1 milyon 277,6 min nəfərə, 2013-cü ilin əvvəlinə 1 milyon 272,1 min nəfərə düşüb.

2014-cü ilin əvvəlinə 1 milyon 277,1 min nəfər pensiyaçı qeydə alınıb.

2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.

2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə enib.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. Hazırda kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.

Xəbər lenti

27 Sentyabr Anım günü

https://www.youtube.com/watch?v=PJxvsrtJ5jo

Qəhrəman tankçı Dəyanət Əliyevin doğum günü qeyd olundu -VİDEO

https://www.youtube.com/watch?v=wlUOaSzF9vs

Rəşad Məcid Mətbuat Şurasına sədr seçildi

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə "525-ci qəzet"in baş...

Vətən müharibəsi şanlı zəfər tariximizdir

Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir....

Ağcabədi şəhidi ilə vidalaşıb – BAKU TV (VİDEOREPORTAJ)

https://www.youtube.com/watch?v=3kJ1prZQu74&t=23s

Ağcabədidə pambıq yığımına başlanıldı – VİDEO

https://www.youtube.com/watch?v=L1kZM3Aoxfs

Qarabağ Atçılıq Zavodunun direktoru: Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə dünyada...

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır

Ölkəmizin gücünə güc qatan müqavilə             28 il bundan əvvəl 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın...

Çoban, qaytar quzunu…

Hər dəfə yaylaq haqqında düşünəndə hər qarışında uşaqlığımın keçdiyi buz bulaqlı, şehli çəmənlər, qüdrətdən səngərli, qalalı dağlar yadıma düşür, xatirələr qəlbimdə şimşək...

Ənənə davam etdirilir

         Yeni tədris ilinin başlanması münasibətilə ötən illərdə olduğu kimi Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və müharibə iştirakçılarının övladları, həmçinin hər...

Şərhlər