22.8 C
Aghjabadi

Zəngəzur dəhlizi Azərbaycanın milli və tarixi maraqlarına cavab verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibə verib. Zəngəzur dəhlizinin yaradılmasına həsr olunmuş müsahibədə qeyd edilib ki, bu ideya Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.

Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu “türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandı. Azərbaycan məqsədinə indi çatdı”. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.

Cənab Prezident diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlanıb. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Bu gün Azərbaycan dövlətinin səyləri ilə Türk birliyi sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq.

Prezident qeyd edib ki, yeni Kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar.

Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.

Müsahibədə qeyd olunduğu kimi, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir… Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Tarixi torpaqlara qayıdış strateji planlaşdırma ilə həyata keçirilir – Tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi” də açıqlanır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq. Bu, ölkədaxili siyasi opponentlərə də verilmiş ciddi mesajdır – qarşıda bizi daha böyük milli-tarixi hədəflər gözləyir. Bunun üçün milli ideyalar naminə birliyin davam etdirilməsi vacibdir.

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər