Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar olaraq “Əbədiyaşar Lider” adlı sərgi təşkil edilib. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən kitab, fotokitab və jurnallar nümayiş etdirilir. Müstəqillik illərində ulu öndərin həyata keçirdiyi Neft strategiyası, gənclər siyasəti, qadın siyasəti, ordu quruculuğu və digər sahələri əhatə edən kitablar bu mövzularda zəngin bilgilər əldə etməyə imkan yaradır. Bundan əlavə, ziyarətçilər dahi liderin ömür yolunu əks etdirən filmləri də izləyə bilərlər.
Qeyd edək ki, sərginin nümayişi 11 may 2021-ci il tarixinədək davam etdiriləcək.