Əziz oxucular! “Aran” sizin qəzetinizdir. Ölkədə və rayonumuzda baş verən ən mühüm xəbərləri operativ şəkildə sizlərə çatdıran, gənclərimizin yolunda yaşıl işıq olan, yaradıcılıqlarını inkişaf etdirmək üçün imkan yaradan, tariximizə, ənənələrimizə hörməti yaşadaraq həm də yeniliyə can atan bu qəzetin daha böyük uğurlar qazanması sizin əlinizdədir. Həftədə 2 dəfə çıxan “Aran” qəzetinin saytı (www.aranqazeti.az) eləcə də sosial şəbəkə səhifələri fəaliyyətdədir ki, bu da sizlərlə daha asan ünsiyyət qurmağa, arzu, istək və təkliflərinizlə tanış olmağa, problemlərinizi işıqlandırmağa imkan yaradır.
Biz birlikdə güclüyük! Odur ki, 2021-ci ilin ikinci yarısı üçün “Aran” qəzetinə abunə yazılmağa tələsin. Tələsin ki, bugünlərdə artıq internet televiziyası yaradılacaq qəzetimizə dəstək olaraq doğma “Aran”ı birinci edək!
Abunə yazılışı ilə bağlı məlumatlar aşağıdakı kimidir.
1 nüsxə qəzet üçün abunə qiyməti 6 aylıq – 20 manat, illik – 40 manat təşkil edir. Qəzetimizə abunə yazılmaq istəyənlər “Azərmətbuatyayımı” ASC-nin yerli şöbəsinə müraciət edə bilərlər. Abunə yazılışı ilə bağlı hər hansı bir sual yarandıqda aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
(021) 275-31-84
(050) 331-10-51