Şəhərimizin yaşıllaşdırılmasına xidmət edən Yaşıllaşdırma Sahəsinin işçiləri küçə və səkilərdəki ağacların budanması, sahmana salınması işini mövsümlə əlaqədar müntəzəm olaraq davam etdirirlər. Sahənin əmək adamları ağaclara xüsusi forma verir, onları budayır, əyilmiş və qırılmış budaqları səliqə ilə doğrayırlar. Ağaclara belə qulluq ediləndə onlar səliqəli, yaraşıqlı görkəm alır və şəhərimizin gözəlliyinə yeni bir rəng əlavə olunur.
“Aran”