Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqətdə isə Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.
Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.
Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib.
Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.
- Yeni Azərbaycan Partiyası – sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
- Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı
- “Ana Vətən” Partiyası – sədr Fəzail Ağamalı
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev
- Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa
- Vəhdət Partiyası – sədr Tahir Kərimli
- Azərbaycan Demokratik Maarifçilik Partiyası – sədr Elşən Musayev
- Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə
- Vətəndaş Birliyi Partiyası – sədr Sabir Hacıyev
- Milli Cəbhə Partiyası – sədr Razi Nurullayev
- REAL Partiyası – sədr İlqar Məmmədov
- Azərbaycan Ümid Partiyası – sədr İqbal Ağa-zadə
- Klassik Xalq Cəbhəsi Partiyası – sədr Mirmahmud Fəttayev
- Azərbaycan Xalq Partiyası – sədr Pənah Hüseyn
- Azərbaycan Demokrat Partiyası – sədr Sərdar Cəlaloğlu
- Böyük Azərbaycan Partiyası – sədr Elşad Musayev
- Vətəndaş və İnkişaf Partiyası – sədr Əli Əliyev
- Azərbaycan Milli İstiqlal Partiyası – sədr Arzuxan Əlizadə
- Ağ Partiya – sədr Tural Abbaslı
- “Ədalət” Partiyası – sədr İlyas İsmayılov
- Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev
- Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev
- Azad Demokratlar Partiyası – sədr Sülhəddin Əkbər
- Azərbaycan Liberal Demokrat Partiyası – sədr Fuad Əliyev
- “Milli Vəhdət” Partiyası – sədr Yunus Oğuz
- Aydınlar Partiyası – sədr Qulamhüseyn Əlibəyli
- Azərbaycan Naminə Alyans Partiyası – sədr Abutalıb Səmədov
- Azərbaycan Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə
- Yeni Zaman Partiyası – sədr Musa Ağayev
- Azərbaycan Sosial Rifah Partiyası – sədr Əsli Kazımova
- Cümhuriyyət Xalq Partiyası – sədr Bədrəddin Quliyev
- Müstəqil Xalq Partiyası – sədr Əflan İbrahimov
- “Birlik” Partiyası – sədr Xudadat Xudiyev
- Vahid Azərbaycan Milli Birlik Partiyası – sədr Hacıbaba Əzimov
- Milli Həmrəylik Partiyası – sədr Əlisahib Hüseynov
- Azərbaycan Respublikaçılar Partiyası – sədr Sübut Əsədov
- Azərbaycan Azad Respublikaçılar Partiyası – sədr Kamil Seyidov
- Azadlıq Partiyası – sədr Əhməd Orucov
- Azərbaycan Təkamül Partiyası – sədr Teyyub Qənioğlu
- Azərbaycan Milli Demokrat Partiyası – sədr Tufan Kərimov
- Azərbaycan Liberal Partiyası – sədr Əvəz Temirxan
- “Qorqud” Partiyası – sədr Firudin Kərimov
- Milli Demokrat İdrak Partiyası – sədr Osman Əfəndi
- Milli Konqres Partiyası – sədr İxtiyar Şirinov
- Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu
- Sosial Ədalət Partiyası – sədr Mətləb Mütəllimov
- Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev, Rauf Qurbanov
- “Azərbaycan Mübarizləri” Partiyası – sədr müavini Səadət Müslümova