Təcrübəli pambıqçı nümunə göstərir

         Rayonumuzun qabaqcıl fermerlərindən biri də Hacıbədəlli kəndindən olan Hətəm Nağıyevdir. H. Nağıyev 2016-cı ildən pambıqçılıqla məşğul olur. Ötən il 15 hektar sahədə pambıq əkən təsərrüfat rəhbəri sahələrdən 77 tondan çox “ağ qızıl” əldə edib ki, bu da hər hektardan 55 sentner məhsul deməkdir. Təcrübəli pambıqçı bu il də 14 hektar sahədə pambıq əkib. Onun başçılıq etdiyi təsərrüfatda əkin sahələrinə yüksək aqrotexniki qaydada qulluq edilir. H. Nağıyev söhbət zamanı bildirib ki, bu il də sahələrdən yüksək məhsul gözlənilir, o, hər hektardan 60 sentner pambıq götürmək fikrindədir.

Hətəm Nağıyevin övladları da atalarının yolu ilə gedərək, pambıqçılıqla məşğul olurlar. Ötən il 11 hektar sahədə pambıq əkən böyük oğlu Rəşad hər hektardan 45 sentner məhsul əldə edib. O, bu il 15 hektarda pambıq əkib. Rəşad 2021-ci ildə ötən ildəkinə nisbətən daha çox pambıq toplamaq üçün indidən sahələrə lazımi qulluq göstərir, aqrotexniki qaydalara ciddi əməl edir.

Ailənin kiçik oğlu Şəhriyar isə 2020-ci ildə 45 hektar pambıq sahəsindən 66 ton 217 kiloqram məhsul toplayıb. O, bu il 5 hektar sahədə pambıq yetişdirir. Şəhriyar yaxşı bilir ki, bol məhsulun təməli elə vaxtında edilmiş keyfiyyətli şumdan başlayır. O, deyir ki, pambıq sahəsində yüksək keyfiyyətlə şumlama aparılmış, vaxtında arat olunmuşdur. Hazırda normal bitiş alınan sahələrdə pambıq bitkisinə qulluq olunur, lazımi gübrələri verilir. Gənc istehsalçı gələcəkdə bol məhsul əldə edəcəyinə əmindir.

Hətəm Nağıyev həm də Ağcabədi rayonunda Fermerlər Şurasının sədridir. O, öz təcrübəsini  gənc fermerlərə yaxından öyrədir, onlara lazımi məsləhət və tövsiyələr verir. Bu səbəbdən də gənc istehsalçılar hər il pambıqçılıqda yüksək uğurlara imza atırlar.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləQələbəyə çevrilmiş ömür
Növbəti məqalədəAğcabədidə ev YANDI

Şərhlər