3.5 C
Aghjabadi

Ağcabədili pambıqçılar məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini başa çatmaq üzrədir. Bu il məhsuldarlıq göstəricisini daha da yüksəltməyi qarşılarına məqsəd qoyan ağcabədili fermerlər çiyid səpini ilə yanaşı, bitiş alınan sahələrdə becərmə işləri də həyata keçirirlər.

Cari ildə rayon ərazisində 10 min 986,2 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya” MMC və “P-Agro” MMC ilə müqavilə bağlayan fermerlər artıq 10 min 600 hektardan artıq sahədə çiyid səpini həyata keçiriblər. Səpilən çiyid toxumlarından yaxşı bitiş alınıb. Hazırda pambıq sahələrində seyrəltmə və kultivasiya işləri aparılır, yemləmə gübrəsi verilir.

Ötən il hər hektardan orta hesabla 37,5 sentner məhsul götürən fermer Famil Quliyev bu il məhsuldarlığı daha da yüksəltməyi qarşıya məqsəd qoyub: “Pambıqçılıq gəlirli sahədir. Yaxşı gəlir götürmək üçün yüksək məhsuldarlıq əldə etmək lazımdır. Odur ki, becərmə işlərini lazımi qaydada yerinə yetiririk. Bu il 95 hektar sahədə çiyid səpini həyata keçirmişəm. Gözəl bitiş alınıb. Hazırda kultivasiya işi görür, sahəyə gübrə veririk. Qarşıya məqsəd qoymuşam ki, 40 sentnerdən yüksək məhsuldarlığa nail olum”.

Ağcabədinin pambıq sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilir. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları əkilib ki, bu da gələcəkdə bol məhsul üçün zəmin yaradır.

Bol məhsul həm də becərmə işlərinin vaxtında və keyfiyyətlə aparılmasından asılıdır. Bu işdə fermerlərlə yanaşı, mexanizatorlar da xüsusi əmək sərf edirlər. Mexanizator Aydın Kərimov bildirib ki, çiyid səpinində də iştirak edib. Hazırda isə becərmə işləri həyata keçirir: “Bu il 260 hektar sahədə çiyid səpmişəm. İndi isə kultivasiya işləri görürük. Sahələrin vəziyyəti yaxşıdır. İnanıram ki, məhsuldarlıq keçən ilkindən də yüksək olacaq”.

Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib. 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.

Mənbə: Fins.az

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər