3.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 27, 2022

Azərbaycan bütün regionun inkişafı üçün real təminat yaradır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 aprel 2021-ci il tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış edib.

            Dövlət başçısı qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. COVID-19 pandemiyası ilə mübarizədə dövlətin bütün potensialı səfərbər olunmuşdur. COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmış, koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.

Ölkədə əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir.

Bildirilib ki, hazırda Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır. Respublikamız Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

Prezident İlham Əliyevin dediyi kimi, Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.

Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir. Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Ölkə rəhbəri çıxışında əlavə olaraq bildirib ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa edib. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.

Bununla da, Ermənistanın işğalçı siyasətinə son qoyuldu. Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.

İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir.

Lakin təəssüflər olsun ki, bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaradır. Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qalıb.

Ölkə rəhbəri çıxışının sonunda qeyd edib ki, bu gün Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır.

Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir.

Ölkəmiz regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.

Lüksemburqdan dörd dəfə böyük olan işğaldan azad olunmuş ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaqdır. Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq.

Xəbər lenti

Ağcabədi rayon pambıq sahələrinin orta məhsuldarlığı 30 sentnerdən çox olub

2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında pambıq sahələrində orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov...

Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr III hissə

Vətən müharibəsinin Zəfərlə başa çatmasını müəllif xalqın, ordunun və dövlətin birliyinin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi kimi...

Məşhur xeyriyyəçi haqqında maraqlıfaktlar

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mənalı və maraqlı həyat yolu keçmişdir. O,...

Cərimələniblər

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını pozan şəxslər cərimələniblər.  Belə...

Peyvənd olunanların sayı artır

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam etdirilir. Gün ərzində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət edən sakinlər müayinə edilərək peyvənd olunurlar....

Vəzifəli şəxs vəfat edib

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İnşallah Muxtar oğlu Sultanov ömrünün 61-ci ilində vəfat edib. Tanınmış mütəxəssis uzun illər meliorasiya-su təsərrüfatı...

Respublika fənn olimpiadalarına start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən respublika fənn olimpiadalarına start verilib. 22 yanvar 2022-ci il tarixdə  olimpiadanın birinci...

Ağcabədidə intiharın qarşısı alınıb

Xilasedicilər Ağcabədi rayonunda intihara cəhd edən şəxsi fikrindən daşındırıblar. Rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara...

Əməkdaşımız Orxan Kərimov İctimai TV-nin qonağı oldu

Orxan Kərimov İctimai Televiziyanın reytinqli proqramlarından olan Dikdaban verilişində "Gənclərin mütaliə marağı" mövzusunda qonaq olub. İzləmək üçün videonu açın...

Qanlı 20 Yanvar

  Yanvarın 19-da Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Qanlı 20 Yanvar" adlı tədbir keçirilmişdir. 5 saylı uşaq bağçası-körpələr evinin...

Şərhlər