Vətən müharibəsində şəhid olan Əliyev Azər Dilafət oğlunun ikinci övladı dünyaya gəlib.
Yeni doğulan körpəyə atasının istəyinə uyğun olaraq Əli adı verilib.
28 aprel 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAŞAT Fondunun nümayəndələri, şəhidin hərbçi yoldaşları və yaxınlarının iştirakı ilə körpə Əli rayon Mərkəzi Xəstəxanasından ata ocağına yola salınıb.
Qeyd edək ki, Azər Əliyev Ağcabədinin Yuxarı Qiyaməddinli kəndindədir. O, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət koma vəziyyətində qalan Azər 28 yanvar 2021-ci ildə şəhidlik zirvəsinə ucalıb. Onun Nəzrin adlı daha bir övladı da var.









Fotolar Mais İbrahimovundur