3.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 27, 2022

Mayda temperatur 33 dərəcəyə qalxacaq

Milli Hidrometeorologiya Xidməti may ayına olan hava proqnozunnu açıqlayıb.

Sonxeber.az-a daxil olan məlumata görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-21 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 16-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 68-122 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 22-27, bəzi günlərdə 30-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-31 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 26-166 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 41-72 mm) olacaq.

Xəbər lenti

Ağcabədi rayon pambıq sahələrinin orta məhsuldarlığı 30 sentnerdən çox olub

2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında pambıq sahələrində orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov...

Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr III hissə

Vətən müharibəsinin Zəfərlə başa çatmasını müəllif xalqın, ordunun və dövlətin birliyinin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi kimi...

Məşhur xeyriyyəçi haqqında maraqlıfaktlar

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mənalı və maraqlı həyat yolu keçmişdir. O,...

Cərimələniblər

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını pozan şəxslər cərimələniblər.  Belə...

Peyvənd olunanların sayı artır

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam etdirilir. Gün ərzində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət edən sakinlər müayinə edilərək peyvənd olunurlar....

Vəzifəli şəxs vəfat edib

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İnşallah Muxtar oğlu Sultanov ömrünün 61-ci ilində vəfat edib. Tanınmış mütəxəssis uzun illər meliorasiya-su təsərrüfatı...

Respublika fənn olimpiadalarına start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən respublika fənn olimpiadalarına start verilib. 22 yanvar 2022-ci il tarixdə  olimpiadanın birinci...

Ağcabədidə intiharın qarşısı alınıb

Xilasedicilər Ağcabədi rayonunda intihara cəhd edən şəxsi fikrindən daşındırıblar. Rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara...

Əməkdaşımız Orxan Kərimov İctimai TV-nin qonağı oldu

Orxan Kərimov İctimai Televiziyanın reytinqli proqramlarından olan Dikdaban verilişində "Gənclərin mütaliə marağı" mövzusunda qonaq olub. İzləmək üçün videonu açın...

Qanlı 20 Yanvar

  Yanvarın 19-da Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Qanlı 20 Yanvar" adlı tədbir keçirilmişdir. 5 saylı uşaq bağçası-körpələr evinin...

Şərhlər