29.8 C
Aghjabadi
Şənbə, İyun 25, 2022

Rayonlarda daha 1000 müəllim üçün təlimlər keçirilir

Rayonlarda daha 1000 müəllim üçün “Əsas sosial emosional bacarıqların inkişafı” mövzusunda təlimlər təşkil olunur. Aprel-may aylarında keçirilən ixtisasartırma təlimləri 18 akademik saat üzrə keçirilir.

Təlimlər Azərbaycan Respublikasının Təhsil İnstitutu və UNICEF-in (BMT-nin Uşaq Fondu) birgə icra etdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” layihəsi çərçivəsində həyata keçirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd Vətən müharibəsindən təsirlənən müəllimlərə və şagirdlərə psixoloji dəstək vermək, onların sosial və emosional bacarıqlarını gücləndirməkdir.

Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonlarını, Naftalan və Gəncə şəhərlərini əhatə edən təlim proqramı sosial emosional öyrənmə, sosial emosional bacarıqlar, empatiya, şagirdlərdə emosional bacarıqların inkişaf etdirilməsi, dəstəkləyici sinif mühitinin yaradılması və s. mövzuları əhatə edir.

Təlimlər zamanı müdavimlərə sosial emosional bacarıqlar, həmçinin onların müəllimlərdə və şagirdlərdə inkişaf etdirilməsi üsulları haqqında məlumatlar verilir. Eyni zamanda, mövzularla bağlı müəllimlərin fikirləri dinlənilir, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş psixogimnastik çalışmalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar işlənilir.

Xəbər lenti

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Şərhlər