Şəhidin xatirəsinə bulaq inşa olunur

         Ağcabədi rayonunun Avşar kəndinin mərkəzində Vətən müharibəsi  qəhrəmanı şəhid Azad Tapdıqovun xatirəsini əbədiləşdirmək üçün Şəhid bulağı kompleksi inşa edilir. Sözügedən abidənin üzərində şəhid Azad Tapdıqovla yanaşı, Avşar kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidləri, Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayev, Habil Qasımov, Fehruz Hüseynov, Cəbrayıl Vəliyev, Hafiz Mamedov, Xəqani Quliyev və Əhliman Ağayevin mərmərdə həkk edilmiş şəkilləri öz əksini tapacaqdır.

Xatirə bulağının ətrafında abadlıq işləri aparılacaq, yaşıllıq zolağı salınacaq və içməli su çəkiləcək. Şəhid bulağı kompleksinin inşası yaxın günlərdə başa çatdırılacaq.

Adil Misirli.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləSahibkarlar təltif edildilər
Növbəti məqalədəAğcabədiyə dolu yağıb

Şərhlər