Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü” nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.
“Sahibkarlar Günü” münasibəti ilə rayonumuzun ictimai-sosial həyatında mühüm rola malik olan bir qrup yerli sahibkar – “Cahidoğlu” MMC-nin direktoru İlqar Yusifov, “P-Aqro” MMC-nin direktoru Süleyman Süleymanov, “Ağcabəditaxıl” MMC-nin direktoru Etibar Kərimov və “Fidan” kiçik müəssisəsinin direktoru Elnur Əsədov Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən “Fəxri Fərman” la təltif ediliblər.
Ağcabədi Rayon İcra Hakimkiyyəti başçısının müavini, Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyev sahibkarlarla görüşmüş, onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.