Tanışlığımıza şad olmadım…

İdeal bəylə Dikdaban xanımı elə həmin gün – dəvət olunduğumuz bir yubiley tədbirində tanıdım. Çox maraqlı insanlar idi.

Tədbir başlayana qədər tanınmış filosoflardan, dünya ədəbiyyatından dəyərli sitatlar gətirərək gözəl söhbətlər etdilər. Məhz onlarla yanaşı əyləşdiyim üçün çox sevindim. Belə insanları əsl tapıntı kimi qəbul edirdim.

Tədbirdən sonra binadan birgə çıxıb qarşı tərəfdəki səkidə dayandıq. Dikdaban xanım həyat yoldaşını, mən isə rəfiqəmi gözləyirdim. İdeal bəy də getməyib bizimlə qaldı. Gələnləri gözləyərkən xeyli söhbət etdik. Məlum oldu ki, Dikdaban xanımla İdeal bəy həm də tələbə yoldaşı olublar. Onlar tələbəlik illərindəki səmimiyyətlərindən, saf dostluqlarından, hətta bir konfeti də tək yeməyib yarı böldüklərindən danışdıqca gənclik illərində olmuş bu dostluğa rəğbətim artırdı. Xatirələrinin bəzi yerlərində səmimiyyətlərinin təsirindən gözlərim də yaşardı. Çox duyğulanmışdım.

Arada İdeal bəyə zəng gəldiyi üçün bir qədər bizdən uzaqlaşdı. Dikdaban xanım fürsətdən istifadə edib dedi:

– Buna bax eee. Tələbə vaxtı avaranın biri idi. İndi vəzifəyə bax, maşına bax… İnanırsınız, hələ şokdayam. Axırın gəlsin, beztuman!

Mən özümə gəlməmiş mövzudan xəbərsiz olan İdeal bəy üzündə təbəssüm geri qayıtdı. “Səmimi” söhbətlər davam etdi. İdeal bəyin təmiz, saf insan təsiri bağışlayan çöhrəsinə baxdım. “Kaş biləydin ki, bu keçmiş dostun sənin haqqında nə düşünür” – deyə fikirləşdim. Artıq söhbətə qulaq asa bilmirdim.

Az sonra Dikdaban xanım bizimlə sağollaşdı. Rəfiqəm isə hələ gəlməmişdi. İdeal bəy təəssübkeşlik edərək məni tək qoymadı, rəfiqəm gələnədək həmin yerdə söhbətləşdik. Söz Dikdaban xanımın üstünə gəldi. İdeal bəy dedi:

– Onun belə danışdığına baxmayın. Çox yüngül adam idi. Tələbə vaxtı əlindən canımı güclə qurtardım…

Gözlərim yenə yaşarmışdı. Özümü toplayıb dedim:

– Amma bir-birinizə çox yaraşırsınız…

– Necəəə?

– “Deyirəm rəfiqəm gəldi,sağ olun!” – deyib qarşıdan gələn, tanımadığım bir xanıma tərəf irəlilədim.

Ardımca səsləndi:

– Tanışlığımıza şad oldum!

– “Mən də!”

525-ci qəzet

“Azəriqaz”: Gələn həftə bir şəhərdə və dörd rayonda sakinlərin müraciətləri dinləniləcək

Gələn həftə daha bir şəhərdə və üç rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.AZƏRTAC xəbər verir ki, aksiya fevralın 6-da saat 11:00-dan...

ANAMA: “Füzulidə ehtimal edilən kütləvi məzarlıqda minalar var”

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var”. “Report”un əməkdaşı xəbər verir ki, bunu ANAMA...

“Qladiator 2” filminin premyera tarixi açıqlanıb

“Paramount” kinostudiyası baş rolu Rassel Krounun canlandırdığı məşhur "Qladiator" filminin növbəti bölümünün premyera tarixini açıqlayıb. AZƏRTAC kinonews.ru saytına istinadla...

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin...

Dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə ötən ilin statistikası açıqlanıb

Ötən il ərzində dövlət orqanlarının rəsmi internet resurslarına ən çox istifadəçi müraciətləri qeydə alınan domenlər məlum olub. Dövlət orqanlarının...

Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar artıq Azərbaycanın Xocavənd rayonundakı...

Fevral-mart aylarında üzüm bağlarında diqqət yetirilməli məqamlar

Soyuq aylarda, xüsusilə fevral-mart aylarında üzüm bağlarında torpağın müəyyən qatında yumşaltma işləri aparılır, səthi hamarlanır, sahə kvartal və qurşaqlara bölünərək, yeni üzümlüklər...

ÜST: Koronavirusun 600-dən çox alt növü var

Hazırda dünyada koronavirusun 600-dən çox alt növü, o cümlədən XBB.1.5 yayılmaqdadır. Xüsusən XBB.1.5 növünün daha geniş yayılacağı gözlənilir. AZƏRTAC...

Ekoloji cinayətə qarşı etirazlar 55 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və...

Şərhlər