Yazın ortasında, Ağcabədi düzündə… Bəli, yazın düz ortasında fermer Famil Quliyevin şəhər ərazisinə birləşən yonca sahəsində bu il bitən, çiçəkləyən qara xallı, al yanaqlı lalələrin sayı-hesabı yoxdur. Təcrübəli təsərrüfatçı, təbiət vurğunu olan Famil kişi bildirdi ki, adətən Ağcabədi çöllərində bu cür lalələr bitmir. Düzdür, bizdə lalə yabanı halda, çox az sayda bitir və solğun rəngdə olur. Amma builki lalələr tam başqa aləmdir. Bu lalələr sanki illərdən bəri düşmən tapdağı altında inləyən torpaqlarımızın artıq azad olunmasına bir işarədir. Famil kişi onu da əlavə etdi ki, bu lalələr sanki təbiətin qələbəmizə bir töhvəsidir. Diqqət yetirsək, görərik ki, üzlərində qara xallar olan lalələr şəhid qanı rəngindədirlər…
Yazın ortasında, Qarabağ düzündə…
Adil MİSİRLİ