Ağcabədidə ölümlə nəticələnən qəza – VİDEO

Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə Yevlax Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu Xocavənd kəndi ərazisində baş verib.

İdarəetməni itirən “jiquli”nin sürücüsü yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü 1964 cü il təvəllüdlü Hümbətov Rəhbər İsmayıl oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb .

Faktla bağlı araşdırma aparılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər