35.7 C
Aghjabadi

“Çövkən oyunu” layihəsi yekunlaşıb

“ASAN Könüllüləri” Təşkilatı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə Ağcabədi rayonunda “Çövkən oyunu” layihəsinin bağlanış mərasimi keçirilib.

“Qarabağ” atçılıq kompleksində baş tutan tədbirdə Kənd təsərüffatı naziri İnam Kərimov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak ediblər.

Layihənin əsas məqsədi atüstü milli oyunlarımızı canlandırmaqla zəngin milli-mənəvi dəyərlərimizi təbliğ etmək, həmçinin qədim tarixə malik atçılıq ənənələrinin bərpası, inkişaf etdirilməsidir. Eyni zamanda gənc nəslin bu sahəyə marağını artırmaq əsas hədəflərdəndir.

Layihənin əsas hissəsində “Qarabağ” atçılıq mərkəzinin atları ilə şou-proqram təşkil olunub. Bədii hissəsində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupu və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının rəqs qrupu öz ifalarını səsləndirib.

Sonda iştirak edən könüllülər təltif olunublar.

Qeyd edək ki, UNESCO-nun qeyri-mədəni irsin reprezentativ siyahısına daxil edilmiş Çövkən oyunu üçün Qarabağ atları ən ideal atlar hesab edilir.

Layihədə iştirak etmiş könüllülər 2 ay müddətində mütəmadi olaraq peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərə cəlb olunublar.

Xəbər lenti

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum...

Küçə iti ilə söhbət

- Salam, küçə iti - Ham... ham...  Sadəcə it deyə bilməzdin? - Axı küçədə yaşayırsan

Şərhlər