Kənd təsərrüfatının gəlirli sahələrindən biri olan baramaçılıq son illər respublikamızda yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Dövlətin diqqət və qayğısından ruhlanan kümçülərimiz hər il böyük uğurlara imza atırlar.
Rayonumuzun baramaçıları da bu istiqamətdə mühüm addımlar atırlar. 2020-ci ildə baramaçılarımız 1500 qutudan 55 min 528 kiloqram barama istehsal edərək, tədarük məntəqələrinə təhvil veriblər. Bu il də rayon baramaçıları ipəkqurdu yetişdirilməsi sahəsində yeni nailiyyətlər qazanacaqlarına əmindirlər. Cari ildə rayon üzrə 41 inzibti ərazi dairəsinə Qax Damazlıq Birliyindən 1200 qutu ipəkqurdu gətirilmiş və paylanmışdır. İnanırıq ki, rayon kümçüləri ötən ildə olduğu kimi, 2021-ci ildə də yüksək nəticə əldə edəcəklər.
“Aran”