“Heydər Əliyev və Bütöv Azərbaycan” adlı şeir müsabiqəsinin qalibləri təltif olunub

03 may 2021-ci il tarixində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində  pandemiya qaydaları  gözlənilməklə şəhər məktəbləri arasında “Heydər Əliyev və bütöv Azərbaycan” adlı şeir müsabiqəsi keçirilmişdir. Öncə dahi lider H. Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra Mərkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva Mərkəzin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat vermiş və bütün müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.

Müsabiqədə münsiflər heyətinin üzvləri AYB-nin üzvü, “Aran” qəzetinin reaktoru Məhsəti Musa, AYB-nin üzvü, şair, Mərkəzin Həvəskar aktyorluq və bədii qiraət kursunun rəhbəri Gündüz Sevindik, ADPU-nun Ağcabədi filialının dillər-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, filoloq Sevinc Məhərrəmova olmuşdur.

Müsabiqənin yekun nəticəsinə görə Ağcabədi  şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədova Nabat Vaqif qızı I yer,şəhər 4 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Məmmədli Vahid Vüsal oğlu II yer, şəhər 1 saylı tam orta məktəbin V sinif şagirdi Qəhrəmanov Məhəmməd Mövlud oğlu və 9 saylı tam orta məktəbin VI sinif şagirdi Bünyatlı Mənsumə Famil qızı III yerlərə layiq görülmüşlər.

Sonda müsabiqənin qaliblərinə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin diplomları təqdim edilmişdir.

Şərhlər