Rayonda koronavirusa qarşı peyvəndlənmə tədbirləri davam etdirilir

         Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da (COVİD-19) xəstəliyinin kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün vaksinasiya tədbirləri davam etdirilir. Bu xəstəliyin məsuliyyətini dərk edən rayon əhalisi yaş kateqoriyalarına uyğun olaraq, vaksin olunmaq üçün Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gəlib peyvənd olunmazdan qabaq hərtərəfli həkim müayinəsindən keçirlər. Vaksin olunan şəxsdə hər hansısa bir xəstəlik aşkar edildikdə, həmin şəxs peyvənd olunmur.

Rayonda ümumilikdə 25 minə yaxın peyvənd işləri aparılıb ki, bunun da 16 min nəfərdən çoxunu birinci doza, 8 min 500-nü isə ikinci doza təşkil edir. Gündəlik peyvənd olunanlar 50-60 nəfərdən ibarətdir.

Hüseyn QULUZADƏ

Şərhlər