Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə respublikamızda bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib. Ağcabədi rayon İcra Hakimiyyətinin ümumi şöbə müdiri Mərdəli Quliyev də onların sırasındadır.
Bugünlərdə sözügedən yüksək dövlət mükafatı Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən M. Quliyevə təqdim olunub.
Eyni zamanda RİHB-nin Aran kənd inzibati dairəsi üzrə Nümayəndəsi Çiçək Şirəliyevaya “N” saylı hərbi hissənin fəxri fərmanı, Hindarx qəsəbə inzibati ərazi dairəsi nümayəndə Elgün İsmayılov və Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Orxan Şükürova Regional İnkişaf İctimai Birliyinin sertifikatları verilib.
“Aran”