-0.6 C
Aghjabadi
Cümə axşamı, Yanvar 20, 2022

Ağcabədidə “ERKƏN nikaha YOX!” deyildi

5 may 2021-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Erkən nikaha yox deyək!”  adlı onlayn tədbir keçirilmişdir.

 Maarifləndirici tədbirdə ümumtəhsil müəssisələrinin direktorları, məktəb psixoloqları, yuxarı sinif şagirdləri və digər qonaqlar iştirak  etmişdir.

 Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova erkən nikahın yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verdi. O, erkən nikahların qarşısının alınmasında məktəblərin üzərinə böyük iş düşdüyünü vurğulayaraq məktəb direktorlarını və psixoloqları daha diqqətli olmağa,bu işdə birlik göstərməyə çağırdı.

Sonra erkən nikahlar və onların fəsadları barədə videoçarx nümayiş etdirildi.

Daha sonra  Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftəliyeva, şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, şəhər 3 saylı məktəb-liseyin direktoru Mətanət Quliyeva, şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə, “Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri erkən nikahların qarşısının alınmasının vacibliyi, həmin nikahların tibbi baxımdan törətdiyi qüsurlar və digər fəsadlar haqqında ətraflı çıxış etdilər.Qeyd olundu ki, məktəblərdə bu mövzuda təbliğat gücləndirilməli, tez-tez valideynlərlə söhbətlər aparılmalıdır.

Əvvəlki məqaləŞüşəsalan Kamil
Növbəti məqalədəArif Quliyev

Xəbər lenti

Ağcabədi Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar hadisəsi təkcə faciə deyil, eyni zamanda xalqımızın azadlıq istəyi,  öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Ağcabədi Pedaqoji Kollecində Qanlı Yanvar...

Eldəniz Qənbərov: “Gecə saat 12:00-dan başlayaraq şəhərə böyük texnika yeridildi. Göyün üzü işıq saçan güllələrlə dolu idi”

Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsinin növbəti ildönümüdür. Əlbəttə, o dövrün hadisələri haqqında çox məlumatlar var, çox şahidlər danışıb. Amma hər...

Ağcabədidə 20 Yanvar faciəsi şəhidlərininxatirəsi anılıb

Respublikamızın bütün bölgələrində olduğu kimi Ağcabədidə də 20 Yanvar faciəsi şəhidlərinin anım günü qeyd olunub. Anım mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Kəmalə Əlizadə: “Gözlərini yummazdan əvvəl evin ünvanını deyib”

20 Yanvar faciəsinin qurbanlarından biri də Faiq Əbdülhüseyn oğlu Əlizadə idi. O, 10 yanvar 1953-cü  ildə Ağcabədidə anadan olub. Sonradan Bakı şəhərində yaşayan həmyerlimiz hadisə...

Cərimə olundular

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mövcud  karantin qaydalarını pozan şəxslər cərimələnib. Belə ki, yas...

İbiş bəy Mirzə Cəlili ölümdən necə xilasetdi?

Azərbaycanın ilk maarifçi qadınlarından, tanınmış ziyalı, ictimai xadim, xeyriyyəçi Həmidə xanım Cavanşir görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin sədaqətli həyat yoldaşı...

Təcrübə üçün səfər et

Bu günlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları və könüllüləri “Aran” qəzeti redaksiyasının yaradıcı kollektivi ilə görüş keçiriblər.

Vaksinasiya tədbirləri davam edir

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam edir. Rayon mərkəzi xəstəxanasında peyvənddən öncə, sakinlərin müayinədən keçirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək bölgədə...

Ziyalının xatirəsi əbədiləşdirildi

Xeyirxah əməllər sahibi olan insanlar həyatda olmasalar belə, qəlblərdə iz qoyur, əbədi yaşayır. Ağcabədinin dəyərli ağsaqqallarından, ziyalılarından biri olan Xəlil Xəlilov da...

Qəhrəmanlıq salnaməsi

ADPU-nun Ağcabədi filialında  dəyirmi masa keçirilib Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında Qanlı Yanvar faciəsinin 32-ci il dönümü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə ADPU-nun Ağcabədi filialının müəllim kollektivi və  tələbələr iştirak ediblər. 

Şərhlər