Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhid ailələrinə, qazilərə qayğı dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Onların problemləri vaxtlı-vaxtında həllini tapır.
Rayonumuzda da bu istiqamətdə mühüm addımlar atılır. Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən rayonda olan şəhid ailələri və Qarabağ qaziləri daim diqqət və qayğı ilə əhatə olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müntəzəm olaraq şəhid ailələrini ziyarət edir, Qarabağ qazilərinə baş çəkir, onların problemlərinin həlli üçün lazımi tapşırıqlarını verir.
Şəhid ailələri və müharibə iştirakçılarınının müraciətlərinə MOB Mərkəzi tərəfindən də baxılır və onlara lazımi köməkliklər göstərilməsinə xüsusi önəm verilir. Rayon rəhbərinin tapşırığına əsasən bu günlərdə şəhid Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva 3 saylı, I Qarabağ müharibəsi qazisi Arzu Həsənovun həyat yoldaşı Gülşən Həsənova 5 saylı uşaq bağçası-körpələr evinə müdir təyin olunub, Şəhid Məhəmməd Məmmədovun anası Gülmirə Məmmədova isə 6 saylı Şəhər uşaq bağçasında aşbaz kimi fəaliyyətə başlayıb. Onlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Rəmziyyə HƏSƏNOVA
“Aran”ın əməkdaşı