Sahələrdə bol pambıq gözlənilir

         Qaradolaq kəndi rayonumuzun kənd təsərrüfatı ilə geniş məşğul olunan ərazi vahidlərindən sayılır. Burada əhali heyvandarlıqla yanaşı, əkinçilik təsərrüfatı ilə də məşğuldur. Kənddə əkinçilik sahəsinin mühüm hissəsi olan pambıqçılığa xüsusi önəm verilir.

Son illər ölkə başçısı, Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan ruhlanan Qaradolaq sakinləri pambıqçılığın geniş inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəmirlər. Artıq kənd ərazisində iri pambıqçılıq təsərrüfatları yaranıb. Onların arasında Etibar Şirinovun başçılıq etdiyi fermer təsərrüfatı xüsusi yer tutur. Bacarıqlı pambıqçı təsərrüfatında hər il bol məhsul yetişdirir.

E. Şirinov cari pambıq mövsümünə də uğurla başlayıb. Fermer təsərrüfatına məxsus 100 hektar əkin sahəsində çiyid səpinini mütəşəkkilliklə həyata keçirilib. Əkin sahələrində yaxşı bitiş əldə olunub. Tarlalarda hazırda kultivasiya və digər aqrotexniki tədbirlər aparılır. Fermer mövsüm ərzində hər hektardan 56 sentner pambıq götürmək fikrindədir.

Hüseyn QULUZADƏ

Şərhlər