16 C
Aghjabadi
Bazar, May 29, 2022

Gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb – “Aqroservis”

Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, “Aqroservis” ASC tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə payızlıq əkinlərin yemləmə dövrü üçün mineral gübrələrin səyyar satışı başa çatıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı fermerlərin sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısın almaq, kiçik pay torpaqlarında əkilən sahələrdə mineral gübrələrin tətbiqini artırmaq, məhsuldarlığın artımına dəstək olmaqdır.

Səhmdar Cəmiyyət hər gün paralel olaraq 10-15 qrup olmaqla, 1190 müxtəlif kənd və qəsəbə üzrə 2000-ə yaxın səyyar satış xidməti həyata keçirib. Səyyar xidmətlərdən 8000-ə yaxın vətəndaş yararlanıb. Ümumilikdə səyyar satış zamanı 5000 tona yaxın mineral gübrə satılıb.

Payızlıq əkin sahələrinin gübrələnməsi üçün səyyar xidmətlər Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab, Balakən, Ağcabədi, Sabirabad, Salyan və Ağdaş rayonlarını əhatə edib.

ASC tərəfindən payızlıq əkinlər üçün sentyabr ayından başlayaraq əkinlərin birinci mərhələsində istifadə edilən şumaltı-fosforlu gübrələrin səyyar satışı dekabr ayınadək davam etdirilib. Əkinlərin azotlu gübrələrlə yemləmə dövründə isə fevral ayından etibarən səyyar satışlar həyata keçirilib. Ümumilikdə, payızlıq əkinləri üçün bitkilərin gübrələnməsi dövründə Səhmdar Cəmiyyət tərəfindən 15 300 ton mineral gübrə satılıb.

Payızlıq əkinlərdə artıq gübrələmə mövsümü yekunlaşsa da, yazlıq əkinlər üçün gübrələmə davam edir. Bununla əlaqədar olaraq Səhmdar Cəmiyyət yazlıq əkinlər üçün ikinci mərhələ səyyar satışlara başlayıb. Fermerlər səyyar satışlardan yararlanmaq üçün mineral gübrəyə olan tələbatlarını Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət etməklə bildirə bilərlər.

Qeyd edək ki, səyyar gübrə satışları Azərbaycan Respublikası Prezidentinin 12 mart 2021-ci il tarixli 759 nömrəli Fərmanı ilə müəyyən edilmiş subsidiya qaydalarına uyğun həyata keçirilir. Yəni, fermerlər sadəcə fermer kartı təqdim etməklə, əlavə heç bir vəsait ödəmədən istədiyi mineral gübrəni əldə edə biliblər.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər