6.4 C
Aghjabadi

Rasim Tağıyev (1938-1987)

Tağıyev Rasim Hümmət oğlu – ədəbiyyatşünas, tənqidçi, mətnşünas, biblioqraf, 1976-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1967).

1938-ci il iyunun 25-də Azərbaycanın Ağcabədi rayonunun Xəlfərəddin kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1962). Azərtədrisnəşrdə, Azərnəşrdə korrektor olmuşdur (1962-1964), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. “Azərbaycan sovet ədəbiyyatının inkişafında “İnqilab və mədəniyyət” jurnalının rolu (1932-1934-cü illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İnstitutda kiçik elmi işçi (1967-1973), baş elmi işçi vəzifələrində işləmişdir (1973-1987). 1956-cı ildən ədəbi fəaliyyətə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmiş, mətnşünaslıq və biblioqrafiya sahəsində ciddi fəaliyyət göstərmişdir: Məmməd Aranlının “Cəbhə gündəliyi” (B., Gənclik, 1975), Əli Nazimin “Seçilmiş əsərləri” (B., Yazıçı, 1979), Nikolay Tixonovun “ Azərbaycan dəftəri” (B., Yazıçı, 1979), Hənəfi Zeynallının “Seçilmiş əsərləri” (B., Yazıçı, 1983) kitablarını tərtib edib ön söz yazmışdır. “Azərbaycan” jurnalı biblioqrafiyası (1923-1972-ci illər)” (B., Elm, 1973), “M. S. Ordubadi (1872-1972)” (B., Elm, 1975) biblioqrafiyası onun zəhmətinin bəhrəsidir. “Azərbaycan sovet ədəbiyyatşünaslığı (1920-1975-ci illər)” (B., Elm, 1983) monumental biblioqrafiyasının müəlliflərindən biridir. Azərbaycan KP rayon komitəsinin mühazirəçilər qrupunun ədəbiyyat və incəsənət bölməsinin rəhbəri olmuşdur. (1970-1974), respublika “Bilik” cəmiyyətində ədəbiyyat və incəsənət üzrə elmi-metodiki şuranın katibi ( 1974-1977), şura sədrinin birinci müavini (1977-ci ildən) olmuşdur. Azərbaycan gənc müxbirlərinin II və III respublika toplanışlarına nümayəndə seçilmişdir (1959-1960). Mətbuatda fəal çıxış etdiyinə görə Azərbaycan LKGİMK-nın (1960), Azərbaycan SSR “Bilik” cəmiyyətinin (1971), AHİŞ-in (1974) fəxri tərifnamələrini almışdır.

1987-ci il dekabrın 30-da Bakıda vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.

    

Əsərləri:

  1. “Ədəbi-bədii tənqid və müasir sovet ədəbiyyatının aktual problemləri”. B., Elm, 1974, 56 səh., 1.000 nüs.
  2. “Salman Mümtaz”. B., Elm, 1974, 44 səh. 500 nüs.
  3. “Azərbaycan qadını-50”. B., İşıq, 1974, 2.500 nüs.
  4. “Dostluq telləri”, B., Elm, 1975, 74 səh., 1.000 nüs.
  5. “Süngüyə çevrilmiş qələm”, B., Elm, 1977, 82 səh., 100 nüs.
  6. “Azərbaycan” jurnalı və “Azərbaycan sovet ədəbiyyatının aktual problemləri (1923-1976-cı illər)”, B., Elm, 1977, 235 səh., 2000 nüs.
  7. “Azərbaycan sovet dramaturgiyasının banisi”, B.,1979, 82 səh., 1.500 nüs.
  8. “Keçilmiş yol (şərikli)”, B., Elm, 1984, 106 səh., 2.000 nüs.
  9. “Xatirələrdə yaşayanlar”, B., Azərnəşr, 1985, 332 səh., 30 000 nüs.
  10. “Azərbaycan” jurnalının biblioqrafiyası (1928-1973), B., Elm, 1973, 604 səh., 1.500 nüs.
  11. “Məhəmməd Səid Ordubadi (1872-1972)”, Biblioqrafiya, B., Elm, 975, 140 səh., 1.900 nüs.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər