Əkbər Muxtar oğlu Alıyev

         Əkbər Muxtar oğlu Alıyev 1962-ci ilin may ayında Avşar kəndində anadan olmuşdur. Kənd orta məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, 1991-ci ildə Ukraynanın Xerson şəhərində orta milis məktəbini qurtarıb Vətənə qayıtmış və Ağdam rayon Daxili İşlər Şöbəsində milis müvəkkili işləmişdir.

Ə. Alıyev bir milis işçisi kimi çalışdığı kollektivdə az vaxt ərzində böyük hörmət qazanmış, səmərəli fəaliyyətinə görə milis leytenantı rütbəsinə yüksəlmişdir.

Erməni işğalçılarına qarşı mübarizədə Ağdamın vətən sevgili oğulları ilə yanaşı rayon milis şöbəsinin əməkdaşları da bir sıra döyüşlərdə böyük igidliklər göstərmişlər. Əkbər Alıyev də onların sırasında Ağdamın bir sıra kəndlərinin müdafiəsində mərdliklə iştirak etmişdir.

Ə. Alıyev 1994-cü il aprel ayının 27-də Qərvənd kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Evli idi, bir övladı qalmışdır.        

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər