15 May- Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilmişdir

         5 may 2021-ci il tarixdə pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin daşıyıcısıdır” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva bildirmişdir ki, ailə insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin, insanilik imkanlarının təsdiq ünvanıdır. Azərbaycan ailə ənənələri uzun illərdir ki, yüksək tələblər səviyyəsində yaşayış tərzini mühafizə etməkdədir. Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi.

Tədbirdə daha sonra Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva, GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşları Mirəli Mirəliyev, Röyalə Yaqubzadə çıxış etmişlər.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “Ailəmiz – ən dəyərli xəzinəmizdir” adlı film nümayiş etdirilmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com