2.5 C
Aghjabadi

Ağcabədidə ağacəkmə aksiyası keçrilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçrilib. Aksiyaya  rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri, rayon ziyalıları qatılıblar. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da iştirak etmişdir. Aksiya iştirakçıları tərəfindən Mingəçevir- Bəhrəmtəpə magistral  yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində yol kənarında 1000 ədəd eldar şamı, sərv, kiparis ağaclarının əkilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Ağcabədi-Zərdab yolunun kənarında 5000 ədəd həmişəyaşıl, meyvə ağacları və gül-çiçək əkilmişdir. Ağacəkmə aksiyası rayonun müxtəlif kəndlərində qarşıdakı günlərdə də davam etdiriləcək. Bölgədə ağacəkmə aksiyası ənənəvi hal alıb. Bundan əlavə cari ildə rayon ərazisində 68 mindən çox çəkil ağacı əkilmişdir. Əkilən ağacların suvarılması diqqət mərkəzində saxlanılır.

Fotolar: Mais İbrahimovundur

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər