Bugünlərdə “Zərdabi Nəşr” MMC Nəşriyyat poliqrafiya müəssisəsi tərəfindən “Ağcabədi” ensiklopedik toplusu işıq üzü görüb.Yazar Şirxan Aranlının tərtibatçılığı ilə nəşr olunan kitabda Qarabağın qədim bölgələrindən olan Ağcabədi rayonunun tarixindən, görkəmli şəxsiyyətlərindən, şair, yazıçı və publisistlərindən söhbət açılıb. Oxucular eyni zamanda 21 fəsildən ibarət olan sözügedən topludan bölgənin coğrafi mövqeyi, sosial-iqtisadi, mədəni həyatı, tarixi və mədəni abidələri, əmək adamları barədə də məlumatlar əldə edə biləcəklər.
Kitabın geniş təqdimatı keçirələcək və haqqında ətraflı məlumat veriləcəkdir.
“Aran”