YAP Ağcabədi rayon təşkilatı, rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə məktəblilər arasında onlayn formatda bədii qiraət müsabiqəsi keçirilmişdir.
Münsiflər heyətinin yekdil qərarına əsasən Ağcabədi şəhər 4 saylı tam orta məktəbin VI sinif şagirdi Heydər Məmmədov I, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Aynurə Vəliyeva II, Boyat kənd tam orta məktəbin VII sinif şagirdi Leyla Ağayeva və Qaravəlli kənd tam orta məktəbin IV sinif şagirdi Mircəmil Əliyev III yerə layiq görülüblər.
Qaliblər YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və hədiyyələrlə mükafatlandırılacaq.
“Aran”