16.6 C
Aghjabadi
Bazar ertəsi, Noyabr 29, 2021

Etibar Bəylər oğlu İsmayılov

         Etibar Bəylər oğlu İsmayılov 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. Hazırda onun adını daşıyan Hindarx kənd orta məktəbini bitirdikdən sonra o, Subartezianlar İdarəsində çilingər vəzifəsində işləmiş, bacarığı, işə məsuliyyətli münasibəti ilə dərin hörmət qazanmışdır.

E. İsmayılov Dağlıq Qarabağ hadisələrinin getdikcə alovlandığı bir vaxtda – 1990-cı ildə azərbaycanlılar yaşayan kəndlərin müdafiəsində iştirak edən özünümüdafiə taborlarının tərkibində fəaliyyət göstərmiş, sonra Ağdam özünümüdafiə taborunun tərkibində Naxçıvanik, Şelli kəndlərinin müdafiəsində fəal iştirak etmişdir. Etibar həmin vaxt soyuqqanlılığı, qətiyyəti və cəsarəti ilə döyüşçü yoldaşlarına şəxsi nümunə olmuşdur.

Mənfur niyyətləri ilə torpaqlarımıza hücum edən erməni işğalçılarına qarşı mübarizədə öz sözlərini demək qərarına gələn ağcabədililər özünümüdafiə taboru yaradaraq düşmənlə üz-üzə dayananda Etibar artıq əksəriyyəti hindarxlı olan döyüşçülər arasında idi. İgid döyüşçülər Xocavənd rayonunun Kurapatkino, Muğanlı, “Nərgiztəpə” istiqamətində nəinki düşmən hücumlarının qarşısını qəhrəmanlıqla alır, eyni zamanda əks hücuma keçərək işğalçılara sarsıdıcı zərbələr vururdular. Etibar döyüşlərdə xüsusilə fərqlənirdi. O, komandirlərin tapşırıqlarını həmişə vaxtında yerinə yetirir, bir kəşfiyyatçı kimi daim lazımi məlumatlar gətirir, strateji yüksəkliklərin alınmasında əsl igidlik göstərirdi.

1994-cü ilin yanvar ayının 4-nə keçən gecə Etibargilin kəşfiyyat qrupu xüsusi tapşırıq almışdı. Xocavənd rayonunun Çeyilli yüksəkliyi və Qarakənd istiqamətində düşmən arxasına keçməklə çox mühüm əməliyyatı yerinə yetirmək lazım idi. Həmin əməliyyat zamanı düşmənin mühasirəsinə düşən kəşfiyyatçılar onlarla erməni quldurunu və hərbi texnikasını məhv etmiş, böyük qəhrəmanlıq göstərmişlər.  Bu zaman ağır yaralanmış E. İsmayılov əlindəki qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atmış və tankı partladaraq yoldaşlarını xilas edərək qəhrəmanlıqla həlak olmuşdur.

Etibar İsmayılov 1994-cü il 5 yanvar tarixli Prezident Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı

Noyabrın 19-da Ağcabədi rayonunun Minəxorlu kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına həlak olan 11 nəfər Minəxorlu şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin...

Şəhadətə ucalmasından bir il ötdü

Noyabrın 22-də Ömər Rəhimlinin şəhidliyə qovuşmasının ildönümü mərasimi onun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qeyd edilmişdir. Mərasimdə rayon icra...

Ödənişsiz müayinə aksiyası

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin...

Həsən Quliyevin xatirəsi anıldı

Noyabrın 21-də Ermənistan işğalçıları ilə gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Həsən Quliyevin ildönümü onun doğulduğu və dəfn olunduğu doğma Sarvanlar...

ELAN – Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə MÜSABİQƏYƏ start verilir

15 noyabr 2021-ci il tarixdən tərbiyəçilərin işə qəbulu üzrə müsabiqə üçün elektron qeydiyyat prosesinə başlanılır. Elektron qeydiyyat prosesi 15 noyabr – 01...

Laçın rayonu əhəmiyyətli geostrateji mövqeyə malikdir

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun...

Nə yazdığınızı bilirsiniz?

                                                Yenə də məsələnin əslindən xəbəri olmayan jurnalistlərin hay-küyü, yenə də özlərini  müdafiəçi kimi göstərərək reytinq toplamaq istəyi...

Bənövşəyi eşqim

  Qəmər  Ayatam Qəmər Ayatam yazıçılıq iddiasında olmayan, sadəcə düşüncələrini, yaşadıqlarını qələmə almaqdan rahatlıq tapan bir xanımdır. O qədər...

Ağcabədidə tütün məmulatı oğurlayan şəxs saxlanılıb

Ağcabədi rayonunda mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Silsilə tədbirlər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilib. YAP üzvü olmuş...

Şərhlər