Pambıq sahələrində kompleks becərmə işləri geniş vüsət alır

         Rayonumuzda bu il 10 min 915 hektardan çox əkin sahəsində pambıq yetişdiriləcək. Təsərrüfatlarda çiyid səpini artıq başa çatdırılmaq üzrədir. Hazırda bölgə ərazisindəki mövcud əkin sahələrində uğurlu kultivasiya və suvarma tədbirləri həyata keçirilir.

Bir sözlə, təsərrüfatlarda kompleks becərmə işləri geniş vüsət alıb. Xüsusilə, sahələrin mineral gübrələrlə yemlənməsi daim diqqət mərkəzində saxlanılır. Qaradolaq, Yeni Qaradolaq, Qaravəlli, Mehrablı, Köyük, Şənlik kəndlərində Ağcabədi şəhəri və digər ərazilərdə fəaliyyət göstərən fermer təsərrüfatlarında kompleks becərmə tədbirləri daha yaxşı təşkil olunur. Yaxın vaxtlarda pambıq əkini sahələrində seyrəltmə işlərinə də start veriləcək. 

“Aran”

Şərhlər