Dünya Ana və Uşaqları İctimai Birliyi Ağcabədi regional şöbəsi müsəlmanların müqəddəs Ramazan bayramında öz ənənəsinə sadiq qalaraq, yardım kampaniyasına start vermişdir. Təşkilatın məqsədi, ilk növbədə, şəhid ailələri, hər iki valideynini itirmiş uşaqlar, aztəminatlı ailələr, yaralı olan qazilərin çətinliklərinin aradan qalxmasına az da olsa yardımçı olmaqdır. Yardım kampaniyasına adlarının çəkilməsini istəməyən bir qrup xeyirxah şəxslər dəstək olmuşlar.
Sözügedən İctimai birliyin Ağcabədi regional şöbəsinin sədri Sevinc Quliyeva başda xeyriyyəçi Zöhrab İsmayılov olmaqla bütün əməyi keçən könüllülərə öz minnətdarlığını bildirmiş, aksiyanın davamlı olacağını qeyd etmişdir.