Ziyalılarla görüş keçirilib

         5 may 2021-ci il tarixdə Milli Məclisin deputatı, Aqrar siyasət komitəsi sədri Tahir Rzayevin təşəbbüsü ilə YAP Ağcabədi rayon təşkilatının binasında bir qrup ziyalılarla görüş keçirilib. Görüşdə ölkə rəhbəri , cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurundan, Vətən müharibəsi dövründə ölkəmizdə əldə edilən Böyük Qələbənin tarixi əhəmiyyətindən geniş söhbət açılıb. Millət vəkili Tahir Rzayev qeyd edib ki, dövlətimiz tərəfindən atılan hər bir addım xalq tərəfindən dəyərləndirilir və dəstəklənir. İkinci Qarabağ savaşı zamanı qazanılmış qələbənin mənbəyi dövlət, xalq və ordunun sarsılmaz birliyi olmuşdur. Bu gün də ölkəmizdə Prezident İlham Əliyevin başçılığı altında bu uğurlu siyasət davam etdirlir.

Görüş zamanı Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri, şair Ənvər Əhməd, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimov, rayon təhsil şöbəsinin məsul işçisi Tofiq Zeynalov, rayon Ağsaqqallar Şurasının sədri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ağcabədi bölməsinin rəhbəri Əlizadə Nəcəfov, ADPU Ağcabədi filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Mahir Səlimov, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov çıxış edərək dövlət başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini bildirmişlər. Çıxış edənlər göstəriblər ki, dövlətimiz tərəfindən ölkə əhalisinə, o cümlədən şəhid ailələrinə və qazilərinə hərtərəfli diqqət və qayğı göstərilir. Ağcabədi sakinləri də respublikanın bütün əhalisi kimi, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Bu yüksək diqqət və qayğıdan ruhlanan hər bir ağcabədili  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkür və minnətdarlığını bildirir və onun ətrafında sıx birlik nümayiş etdirir.

Çıxışlarda bir sıra maraqlı təkliflər də səsləndirilib.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com