Rayonda intellektual bilik yarışmasına yekun vurulmuşdur

5-6 may 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, YAP Ağcabədi rayon təşkilatı və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn intellektual bilik yarışması keçirilmişdir.  Yarışmada hər birində 3 nəfər olmaqla 13 komanda iştirak etmişdir.

Bilik yarışmasında Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov çıxış edərək, iştirakçıları salamlayıb və onlara uğurlar diləyiblər.

Yarışın yekun nəticələrinə əsasən Səməd Vurğun  adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Şirin Hüseynov adına şəhər 2  saylı tam orta məktəbin komandası II yerə, Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbin və Hacıbədəlli kənd tam orta məktəbin komandları isə III yerlərə layiq görülmüşdür. Qalib komandalar Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaq.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com