Şəhid övladı “Kaspi” uşaq bağçasında ödənişsiz təhsil alacaq

Şəhadətləri ilə Vətən müharibəsində xalqımıza qələbə sevinci bəxş edən şəhidlərimizin ailələrinin rayon rəhbərliyinə müraciətləri qeydə alınaraq, tez bir zamanda müsbət həlli üçün addımlar atılır.

 Həmin müraciətlərdən biri də Vətən müharibəsi şəhidi Taryel Allahverdi oğlu Salmanovun həyat yoldaşı Ayna Şəbiyeva tərəfindən ünvanlanıb. A. Şəbiyeva müraciətində işi ilə bağlı olaraq Bakı şəhərində yaşadığına görə 4 yaşlı qızının “Kaspi” uşaq bağçasında ödənişsiz təhsil alması üçün köməklik göstərilməsini xahiş edib.

Bununla əlaqədar olaraq rayon rəhbərliyi adından “Kaspi” uşaq bağçasının Xətai filialına müraciət edilib. Sözügedən uşaq bağçasından bildirilib ki, şəhid övladı bağçada təlim-tərbiyə aldığı müddətdə təhsilini ödənişsiz əsasla davam etdirə biləcək.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər