Rayonda vaksinasiya tədbirləri əvvəlki qaydada müntəzəm olaraq aparılır. Rayon sakinləri ilə yanaşı, idarə, müəssisə, təşkilat və təhsil müəssisələrinin işçiləri də peyvəndlənmə tədbirində iştirak edirlər. Bu yaxınlarda rayona yeni vaksinlər gətirilmiş, 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılmışdır. Rayon üzrə indiyə qədər 29 000 nəfər vaksin edilmişdir ki, onlardan 16 000 I doza, 13 000 II doza payına düşür. Gün ərzində vaksin olunanların sayı 50-60 nəfər təşkil edir.
Qeyd edək ki, rayon mərkəzi xəstəxanası ilə yanaşı əlavə 5 vaksinasiya məntəqəsi fəaliyyət göstərir ki, onlardan biri Hindarx qəsəbəsində,digərləri isə Aran, Hüsülü, Kəhrizli və Qaravəlli kəndlərindədir.