18.9 C
Aghjabadi

Azərbaycanda ağıllı subartezian quyularının sayı açıqlandı

Azərbaycanda 321 ədəd ağıllı subartezian sistemləri mövcuddur.

Bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib. Onun sözlərinə görə, bu subartezian quyularının digərlərindən fərqi ondandır ki, burda SCADA sistemi quraşdırılıb: “Meliorasiya və Su Təsərrüfatı ASC olaraq nəzarətimizdə 8200-dən artıq subartezian quyusu var və hər biri işlək vəziyyətdədir. 2018-ci ildən bu günə kimi yeni qazılmış və istifadəyə verilmiş quyuların bir çoxuda SCADA sistemi quraşdırılıb. Onların sayı bu günə görə, 321 ədəddir. Bu sistem vasitəsi ilə su quyuları uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. SCADA sistemi həm enerji həm də su itkisinin qarşısının alması üçün vacib bir sistemdir”.

D.Şərifov qeyd edib ki, SCADA sistemi 14 rayonda var, bəzi hallarda isə onun onun quraşdırılmasında problemlər yaranır: “Sistem Ağcabədi, Ağdam, Tovuz, Samux, Goranboy, Şəmkir və digər rayonlarımızda var. Quyular həm bölgədə, həm də sahələrdə olduğu üçün SCADA sisteminin quraşdırılması bəzən problemli olur. İnternetin olmaması və bəzən enerjinin kəsilməsi bu problemləri yaradır”.

Xəbər lenti

Mənim anam Zəhra müəllimdir

Anamla mən bir-birimizdən çox fərqli insanlarıq. Yox, bəzi oxşarlıqlarımız da var. Məsələn, ondan mənə yazmaq, bir də nəfəs...

Həcər Əliyeva: Müəllim kimi də, qadın kimi də xoşbəxtəm

Əliyeva Həcər Əlinağı qızı Ağcabədidə doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunu (İndiki ADU) bitirib. İngilis dili müəllimidir. Hazırda M.F.Axundov adına Ağcabədi şəhər 3...

“Müəllim məni atamın ölümünə görə utanmağa qoymadı…”

 7-ci sinifdə oxuyuram. Qış aylarıdır. Atamın 40-ı təzə çıxıb. Yeni-yeni məktəbə qayıdıb, dərslərə adaptasiya oluram... Azərbaycan dili dərsidir. Müəllim...

Ağcabədi sakinini maşın vurub

Oktyabrın 4-ü, saat 23:00 radələrində, Qaradağ rayonunun ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən...

Bu müəllimləri siz də tanıyın

Ötən tədris ilində Ağcabədidən 20 nəfər məzun 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdu. “Aran” qəzetində onların hər biri haqqında...

Ağcabədi məktəbliləri Vətən müharibəsinə və Müstəqilliyin Bərpası Gününə həsr edilən məruzələr dinləyiblər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində ümumtəhsil məktəblərində məruzələrin keçirilməsi davam etdirilir. Oktyabr ayında keçirilən məruzələr Vətən müharibəsinin...

Ulu Öndərin arzuları reallığa çevrildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur. İnkaredilməz həqiqətdir...

Şəhid Anar Cəfərovun anım mərasimi keçirildi

                            44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 1977-ci ildə Ağcabədi şəhərində...

Prezident təqaüdünə layiq görülüblər

Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. “Aranqazeti.az”  saytı xəbər...

Elm və təhsil naziri Bərdədə Ağcabədi sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd rayonları...

Şərhlər