30.2 C
Aghjabadi
Bazar ertəsi, May 23, 2022

Buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki AÇIQLANDI

Ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a bildirilib ki, imtahanlar 2,3,9,10,16,17 iyunda aşağıdakı qrafikə uyğun keçiriləcək.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış DİM-in saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

TarixŞəhər (rayon)
02.06.2021Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran,Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı
03.06.2021Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa,Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul
09.06.2021Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy,
Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə), Sabirabad
10.06.2021
Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən,
Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar
16.06.2021
Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz,
Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan
17.06.2021
Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə),
Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala
*Bakı xüsusi məktəblər, Çilov, ingilis,gürcü, fransız bölmələri
Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.
Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcək.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər