1.4 C
Aghjabadi
Bazar ertəsi, Dekabr 6, 2021

Suqovuşan…

İllərdir doğma yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlər, yaxın zamanlarda öz doğma torpaqlarına qayıdacaqlar.

Yolumuz şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Tərtər rayonunun, Suqovuşan kəndinədir. Avtomobilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə, müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirik. Həm də erməni vəhşiliyi nəticəsində dağıdılaraq məhv edilən və hər cığırı, hər daşı adamda vahimə yaradan küçələri keçdikcə, fikirləşirik ki, kainatın bəzəyinin insan olduğunu əbəs yerə deməyiblər.

Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq. Kənardan kənd görünüşünü saxlasa da, işğalda olduğu müddətdə Ermənistan ordusu tərəfindən tamamilə dağıdılaraq viran edilib.

Tərtərdə Suqovuşan su anbarına mənzərə

Suqovuşan Tərtər rayonunun Çaylı inzibati ərazi dairəsində yerləşən kənddir. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Bu kəndi başıbəlalı kənd də adlandırmaq olar. Çünki, ermənilər tərəfindən işğal edilən Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə azad edilib. Lakin 1994-cü ildə yenidən ermənilərin işğalına məruz qalıb. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tərtər şəhərindən suqovuşana yeni asfalt yol çəkilib. İndi hamar yol bu səfalı kəndə üz tutmaq istəyənlərin işini bir az da asanlaşdırır.

Suqovuşan kəndi həm siyasi, həm mənəvi, həm də iqtisadi baxımdan əhəmiyyətli bir ərazidir. Belə ki, kənd ərazisində su anbarı və ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları var. 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır.

Suqovuşan su anbarı kəndin işğaldan azad edilməsindən sonra Tərtər və ətraf rayonların suvarma suyuna olan tələbatının ödəməkdə bilavasitə rol oynayır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrini suvarma suyu ilə təmin edir.

Tərtərdə Suqovuşan kəndinə mənzərə

28 il ərzində Suqovuşan su anbarının işğalda qalması səbəbindən torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. İndi isə hər şey fərqlidir. Artıq Suqovuşan su anbarından Tərtər çayına suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

İndi burada çatışmayan sadəcə sakinlərdir. Suqovuşan insan nəfəsini gözləyir.

Sputnik

Xəbər lenti

BƏNÖVŞƏYİ EŞQİM (İkinci hissə)

Artıq digər saytlarda da şeirlərim oxuculara təqdim olunurdu.Hər dəfə çəkinə-çəkinə göndərdiyim şeirlər işıq üzü  gördükcə bir az ürəklənirdim. Çünki,oxucuların fikirləri də əvvəlkilərdən fərqlənirdi....

“Əbədiyaşar” adlı müsabiqə

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərdə fəaliyyət göstərən “Gənc Heydərçilər”...

Atletika üzrə rayon turniri keçirilib

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “1 Dekabr–QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə...

Müasir Azərbaycanın memarı və qurucusu

Dekabrın 3-də Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə,...

Vaksinasiya tədbirləri

Rayonumuzda koronavirusa qarşı mübarizə vasitəsi olan vaksinasiya kompaniyası müntəzəm olaraq davam etdirilir. Pandemiya əleyhinə görülmüş tədbirlər nəticəsində rayon sakinlərinin böyük əksəriyyəti peyvənd...

Rayonda pambıq yığımı davam edir

            Qəzetimizin əvvəlki saylarında da məlumat verdiyimiz kimi Ağcabədidə cari ildə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki  qaydalara ardıcıl...

Ağcabədi və ətraf rayonlarda aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi...

Təlim kursu keçirilib

Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə növbəti təlim kursu Ağcabədidə keçirildi. “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT)...

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.“Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına...

“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.

   BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr"Əlilliyi olan insanların Beynəlxalq günü"nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq,cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.

Şərhlər