34.8 C
Aghjabadi
Çərşənbə axşamı, İyun 28, 2022

ADPU-nun Ağcabədi Filialında “Müasir gənclər və elmi innovasiyalar” mövzusunda TEC-in XV konfransı keçirilib

Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Agcabədi Filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “MÜASİR GƏNCLƏR VƏ ELMİ İNNOVASİYALAR” mövzusunda Tələbə Elmi Cəmiyyətinin (TEC) XV konfransı keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan edib. Direktor Ümummilli Liderin Azərbaycan təhsili və elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Sonra dos. M.Məcidov konfrans iştirakçılarını plenar iclasın gündəliyi ilə tanış edib və söz məruzəçilərə verilib.

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov “Heydər Əliyev: Azərbaycanda təhsil və elm” mövzusunda, tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda, filialın TEC sədri, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, k.t.ü.f.d. Fazil Cəfərov isə “Tələbə elmi-tədqiqat işlərinin perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra bölmələr üzrə tələbə elmi-tədqiqat işlərinin müdafiəsi başlanılıb. “Riyaziyyat, informatika və fizika”, “Tarix və coğrafiya”, “Azərbaycan dili və ədəbiyyat”, “Pedaqogika, psixologiya və tibbi biliklər” bölmələrində keçirilən konfransda tələbə elmi-tədqiqat işlərinin müdafiəsində hər bir bölmədə fərqlənən tələbələr I, II və III yerlərə layiq görülərək diplom və sertifikatlarla təltif olunublar.

Mənbə: Azpress.az

Xəbər lenti

24 iyun Azərbaycanda inkişafın təməl günüdür

                     Azərbaycan  1991-ci ildə özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, Ulu öndərin 1993-cü ilin iyun ayının ...

Biz Qələbəmizi Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq

Iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş...

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Şərhlər