Aztəminatlı ailələrə köməklik davam edir

         “Dünya” Ana və Uşaqlar İctimai Birliyi Ağcabədi rayon şöbəsi növbəti xeyirxah addımı ilə daha bir ailəni sevindirib. Qiyamadınlı kəndində yaşayan aztəminatlı ailənin müraciəti əsasında sözügedən ictimai birliyin nümayəndələri rayon mərkəzi xəstəxanasında olublar. Ailənin 3-cü övladının dünyaya gəlməsi ilə əlaqədar ana və körpənin xərclərinin ödənilməsi, körpə üçün lazım olan qida, geyim, dərman və s. vasitələrin alınmasına dəstək göstərilmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər