16 C
Aghjabadi
Bazar, May 29, 2022

Hindarx qəsəbəsində xatirə bulaq kompleksinin açılışı olmuşdur

​20 may 2021-ci il tarixdə Hindarx qəsəbəsində Vətən müharibəsi qəhrəmanı şəhid Ömər Rəhimlinin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib. Şəhidin adını daşıyan küçədə inşa edilmiş xatirə bulaq kompleksinin açılış mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə, icra və bələdiyyə nümayəndələri, qəsəbə sakinləri, ziyalılar, müəllimlər, şəhid valideynləri, yaxın qohumları, din xadimləri, media mənsubları iştirak ediblər. 

​Mərasimi Milli Qəhrəman Etibar İsmayılov adına  Hindarx 1 saylı qəsəbə tam orta məktəbinin direktoru Qaryağdı Məmmədov açaraq, Vətən müharibəsi qəhrəmanı, igid döyüşçü Ömər Rəhimlinin keçdiyi qısa, lakin şərəfli ömür yolundan, cəbhələrdə göstərdiyi hünərləri haqqında məlumat vermişdir. Sonra söz Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verilmişdir. Rayon rəhbəri şəhidlərimiz haqqında, o cümlədən öz həyatlarını Vətən yolunda qurban verən Hindarxın igid oğulları barədə ətraflı danışıb. Qeyd olunub ki, 44 günlük müharibə ərzində misilsiz rəşadət göstərmiş şəhidlərin, o cümlədən Ömər Rəhimlinin əziz xatirəsi unudulmur, daim hörmət və ehtiramla yad olunur. 

​Sonra Hindarx qəsəbə ümumtəhsil məktəblərinin ifasında Vətən, torpaq, şəhid mövzusunda şeirlər və mahnılar səsləndirilib. Daha sonra tədbirdə məktəblilər tərəfindən hazırlanmış “Ana və oğul” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Şəhid Ömər Rəhimlinin atası, tanınmış ziyalı Rəşad Rəhimov çıxış edərək, göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə və rayon icra hakimiyyətinin rəhbərliyinə  öz təşəkkür və minnətdarlığını bildirib. Mərasimin sonunda şəhid Ömər Rəhimlinin ruhuna dualar oxunmuş və ehsan verilmişdir. 

Fotolar : Mais İbrahimovundur

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər